Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən uğrunda ağır döyüşlərin — Daşaltı və Başkənd uğrunda gedən döyüşlərin iştirakçısı, jurnalist Əmrah Cabbarlının ad günüdür.
Ehtiyyatda olan zabit kimi daim AVMVİB ilə sıx surətdə əlaqələri var. Milli ordunun yaradılmasında iştirak edən könüllülərdən olan Əmrah Cabbarlı şərəfli döyüş yolu keçmiş veteranlarımızdandır. Gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyüməsində yaxından iştirak edib. Fəal veteran kimi AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib.

Ad günü münasibətiylə Əmrah Cabbarlını təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.
Bütün gözəlliklər sizin olsun, Əmrah bəy!
100 YAŞA!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ SAYTI KOLLEKTİVİ







