Birinci Qarabağ Savaşının qəhrəman həkimlərindən olan, yüzlərlə yaralıya şəfa verərək yenidən həyata qaytarmış hərbi həkim, ehtiyyatda olan polkovnik-leytenant Habil Şirinovun 63 yaşı tamam olur.

Habil Şirinov müharibənin ilk günlərindən, Ağdərə rayonu İmarət Qərvənd kəndində həkim kimi işləməyə yollanır. Azərbaycanda düşmənin ilk hücumuna məruz qalan və düşmənə qarşı qəhrəmancasına vuruşan bu kənddən başlanan yolu bir çox cəbhələrdən keçib. Mərkəzdən kömək olmadığı üçün İmarət-Qərvənd kəndi sentyabrın 23-dən 24-nə keçən gecə süqut etdi. Həm cərrah, həm döyüşçü kimi, Ağdərə, Laçın, Kəlbəcər, Murov, Füzuli, Tərtər, Ağdam, Goranboy döyüşlərində iştirak etdi. Minlərlə yaralı əsgəri döyüş meydanından çıxarılmasını təşkil etdi. Yüzlərlə yaralıya cərrahi yardım göstərdi. Özü döyüşlərdə bir dəfə yaralandı, iki dəfə kontuziya aldı. Atəşkəsdən sonra da Milli Orduda vicdanla və qüsursuz xidmıt etdi. Habil Şirinov Milli Ordu ıralarında leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəldi. 2004-cü ildə yaşıyla və aldığı xəsarətlərlə əlaqədar olaraq ordu sıralarından ehtiyata buraxıldı və ən son olaraq onun döyüşlər zamanı aldığı kontuziyalar nəticəsində qismətinə düşmüş əlilliyi nazirlik ləğv edib. 63 yaşında bu qanunsuzluğa qarşı mübarizəyə cəlb edilib.

Müharibədən sonrakı dönəmdə AVMVİB-nin üzvü kimi dəyərli fikirləri ilə ictimai-siyasi həyatımızda aktiv iştirak edən, gənclərimiizn vətənpərvərlik və işğalçıya qarşı nifrət ruhunda böyüməsi üçün əlindən gələni əsrigəməyən Habil Şirinovun 63 yaşı tamam olur

Bu xəbəri paylaşın: