«Tiqranakert»lə bağlı saxta mifik hekayə bitdi — Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.

Bu xəbəri paylaşın: