Almaniyadan Rusiyaya Krım çağırışı

Rusiya Krımın işğalı ilə beynəlxalq hüququn prinsiplərini pozdu və İkinci Dünya müharibəsindən sonra formalaşmış Avropa düzənini sual altına qoydu.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Stefen Sibert deyib.

O, Rusiyanın Krımı işğal etməsindən artıq 7 il ötdüyünü xatırladıb:

“Rusiya Ukraynanın Krım üzərindəki suveren haqlarını tanımalıdır”, — deyə almaniyalı rəsmi bildirib.

Bu xəbəri paylaşın: