Bu gün İmişli rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin 74 mininci üzvünə üzvlük vəsiqənin verilməsi ilə bağlı mərasim keçirilib və tort kəsilib.
Bu haqda AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov məlumat verib.
Artıq AVMVİB-də hər mininci üzvün qəbulu və vəsiqənin təqdimatı mərasiminin keçirilməsi ənənəyə çevrilib. Elhun Davud oğlu Əsədov AVMVİB-nin 74 mininci üzü olub.
AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov yeni üzvümüzə 74 mininci vəsiqəni təqdim edərək, Elhun Əsədovu təbrik edib. Nəsillər arasında əlaqənin qazanılmış Zəfərlə dava etdirilməsində böyük rolu olan Ordumuza və Ali Baş Komandanımıza veteranlar adından dərin minnətdarlığını bildirib.
Təbrik edirik!
Elnur Səlim


