Heç kim və heç nə unudulmamalıdır!

Biləsuvar rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvləri şəhid ailələrinə baş çəkiblər.


Bu barədə AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Rayonda yaşayan şəhid ailələrinə baş çəkən rayon şöbəsi üzvləri onların problemləriylə və gündəlik qayğılarıyla maraqlanıblar.


AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov bildirib ki, şəhidlərimizi və onların bizlərə əmanət qoyub getdikləri ailələrini unutmamalıyıq.

Rayon veteranları olaraq, daim şəhid ailələrinin yanında olmağa çalışırıq. Bundan sonra da bu cür ziyarətlərimizi davam etdirəcəyik.


Allah şəhidlərimizə rəhmət eləsin!


Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: