Paytaxtdakı M.X. Axundzadə adına 102 nömrəli tam orta məktəbin fəaliyyəti COVİD-19 virusuna yoluxmaya görə dayandırılıb.
Aldığımız məlumata görə, 102 nömrəli tam orta məktəbdə müəllimin COVİD-19 testi pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
D. Elnur Səlim
Bu xəbəri paylaşın:
