Ağdamda ata və üç oğlu minaya düşüb.
«Qafqazinfo»nun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Minaya düşənlər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamın Yusifcanlı kəndində minaya düşənlərin sayı 7 nəfər olub.
«Qafqazinfo»nun məlumatına görə, onlardan biri artıq dünyasını dəyişib. Bu, Hüseynov Razi Akif oğludur. Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb.
Yaralılardan biri isə Laçın rayon sakin Abdullayev Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb.
Minaya düşən digər şəxsin kimliyi dəqiqləşdirilir.
Bu xəbəri paylaşın:
