Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin əməkdaşları ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət ediblər.
Bu barədə AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
Natiq Həsənov bildirdi ki, ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasını, şanlı Qələbə qazanılmasını təmin edib. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin dövlət qayğısı ilə əhatə olunub.
Xatırladaq ki, SHXÇDX-nin yerli idarə, şöbələri və AVMVİB şəhər, rayon şöbələri tərəfindən respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə şəhid ailələrinin ziyarəti həyata keçirilib.
Türkay Xaqan








