AVMVİB və SHXÇDX şəhid ailələrini birgə ziyarət etdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin üzvləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Yasamal rayon şöbəsinin əməkdaşları ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət ediblər.

Bu barədə AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.

AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov bildirdi ki, gün ərzində 4 şəhid ailəsi ziyarət edildi və onların problemləriylə maraqlandıq. Şəhidlərimizin bizlərə əmanət etdiyi ailələrini bizlər unutmamalıyıq.

S. Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyinin bu təşəbbüsünü alqışladığını qeyd etdi.

N. Məmmədli

Bu xəbəri paylaşın: