AVMVİB Binəqədi rayon şöbəsi şəhid ailələrini, müharibə veteranları və əsgərləri təbrik edib

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov şöbə Rəhbərliyi adından şəhid ailələrini, müharibə veteranları və əsgərləri təbrik edib.

Təbrikdə deyilir:

«Azərbaycan bugünkü inkişafı ilə, siyаsi, iqtisаdi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmаsında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun lаyiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə, uğurla apardığı Vətən müharibəsiylə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbəsiylə başa çatdı.

Vətən müharibəsi zamanı orduya, əsgərlərimizə mənəvi dəstəyi ilə xüsusilə seçilən AVMVİB-nin şöbələrindən biri də AVMVİB Binəqədi rayon şöbəsi olmuşdur. Şöbə sədri kimi xüsusi işçi qrupu ilə birlikdə həm əsgər valideynlərini ziyarət etmiş, həm də orduya zəruri mənəvi-psixoloji dəstəyini nümayiş etdirərək yaşlı veteranların döyüş təcrübəsindən gənclərimizi məlumatlandırmış, onlarda hərbi-vətənpərvərlik tərbiyəsi çərçivəsində ruh yüksəkliyi yaratmağa çalışmışdır.

Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən Novruz bayramı özü ilə xoş əhval-ruhiyyə, yaxınlarla mehribançılıq gətirir.

Qalib Ordumuzun, veteranların və şəhid ailələrinin bayramını AVMVB-nin Binəqədi rayon şöbəsinin kollektivi adından ürəkdən təbrik edirik. Şəhid ailələrinin qarşısında baş əyir və yaralı qazilərimizə şəfa arzulayırıq».

Elnur Səlim

Bu xəbəri paylaşın: