YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, deputatın köməkisi Namiq Məmmədov, Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov və təşkilatın bir qrup fəalı Vətən müharibəsi şəhidləri Muradov Nadir Əhməd oğlu və Musayev Səhman Qəşəm oğlunun ailə üzvləri ilə görüşüblər.
Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaqdır. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları «Şəhid ailələrinə qayğı» davamlı aksiyalarında yaxından iştirak edirlər və bundan sonra da edəcəklər.
Görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb və onlara ərzaq sovqatı çatdırılıb.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə və onun bütün strukturlarına təşəkkür ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Fedai.az






