Rusiya kimi dostun olunca, dünyaca düşmənin olsa yaxşıdır.
ABŞ prezidenti Corc Buş 17 mart 2003-cü il tarixində uzun illər boyu kütləvi qırğın silahlarına sahib olmaqda günahlandırdığı İraq hökumətinə, 48 saatlıq ultimatium vermiş və bu müddət bitdikdə İraqa dərhal hücüm etmişdir. Ağ Evin yayımladığı bir xəbərdə 35 ölkənin işgala əskəri kömək etdiyini elan etmişdir. Bu xəbərdə 15 ölkənin də İraq işgalına dəstək verdikləri ancaq, adlarının qeyd olunmasını istəmədikləri bildirilmişdir.
ABŞ müharibəyə 300 min əsgəri səfərbər etmişdir. İngiltərə hökuməti isə 47 min əsgərlə müharibəyə qoşulmuşdur.
Hərbi əməliyyatlarda Koalisiya qüvvələrinin 700-dən çox hərbi təyyarəsi, strateji bombalayıc təyyarələr: В-52Н,В-2А, taktiki qırıcı təyyarələr:,-15, F-16, F-117A, hücum təyyarələri: А-10А,yanacaq dolduran təyyarələr: КС-135, КС-10, xüsusi əməliyyat təyyarələri : АС-130 və s. istifadə olunmuşdur. «Tornado-GR.4», «Yaguar», «Puma», «Tristar», E-3D «Sentri», «Kanberra» və s. təyyarə və vertolyotlar Küveyt, Səudiyyə Ərəbistan, Oman, İordaniya, Qətər aviabazalarında yerləşdirilmişdi.
Wikileaks saytının yaradıcısı Culian Assanj 2010-cu ildə «Reuters» media agentliyinin jurnalistlərinin 2007-ci ildə NATO vertolyotları tərəfindən güllələnməsinin video materiallarının nümayiş etdirdikdən sonra, Assanj «dünyanın ən demokratik dövlətinin» qəzəbindən gizlənməyə məcbur olmuşdur. Wikileaksdlə drəc olunan məlumatlara əsasən, ABŞ 2386 ədəd yaxın məsafəli kimyəvi silah, beynəlxalq hüquq normalarına görə qadağan olunmuş ağ fosfor, zəhərli qaz bombaları, sinir sisteminə təsir edən, paralic yaradan sarin maddəsindən və bir çox digər kimyəvi silahlardan istifadə etmişlər.
Amerika Quru Qoşunları Artilleriya xidmətinin başçısı, polkovnik Ceyms Nouton çıxışında qeyd etmişdir ki, İraqla mübarizədə az zənginləşdirilmiş urandan da istifadə olunacaq. Bu tip beyanatla müharibə öncəsi Pentaqon rəsmiləri də çıxışlar etmişlər.
ABŞ İraq üzərinə hücuma hazırlaşdığı günlər barədə Səddam Hüseyn öz xatirələrində yazmışdı: ”ABŞ-ın hücum təhlükəsi haqda Kremlə zəng açdım və Putinə durumu anlatdım. O, məni dinlədikdən sonra yüksək səslə gülərək dedi: “ Sənin kimi şücaətli ərəbdən gözləmirdim ki, boş bir təhdidə görə iztirab keçirəsən. Buşun buna cürəti çatmaz, əgər hucum etsə də Rusiyanın əks zərbəsi ilə üzləşəcək. Get rahat yat, çünki Buşun bizim müttəfiqlərimizin torpağına ayaq basmağa cəsarəti çatmaz”. Az sonra Buş İraq vaxtı ilə gece saat 12-də hucum etdiyini elan edərkən yenidən Kremlə zəng açdım. Sizcə o an nə baş verdi? Mənim telefonuma kimsə cavab vermədi”.
Kreml daim öz müttəfiqlərini satıb. Səddam Hüseyn də onlardan biridir.