Şoyqunun müavini Xankəndiyə gəlib

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib.

Fedai.az xəbər verir ki, Xankəndidə o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

“Hazırda Dağlıq Qarabağda (yaxşı ki, Artsax deməyib — ?) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”.

P.S. Bu rus «alkaşları» bunca nə tikirlər?

Bu xəbəri paylaşın: