Şuşanın işğalına rəhbərlik etmiş hərbi cani olan erməni general gəbərib

Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladlarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

Bu barədə erməni mətbuatı xəbər yayıb.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqrımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.

Bu xəbəri paylaşın: