Ərdoğan Şuşaya nə vaxt gələcəyini açıqladı

Qarabağda 67 məsciddən 63-ü dağıdılmış, kilsələr tar-mar edilmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin sammitində çıxışı zamanı belə deyib.

“Heç vaxt Xocalı qətliamını kənara qoya bilmərik. İldönümünü təkrar andıq. Qətlə yetirilən onminlərlə qardaşlarımızı rəhmət ilə yad edirəm. Bütün imkanlarımız ilə Azərbaycanın yanında olmağımız önəm daşıyır. Azərbaycanın bu bölgəni dirçəldərək, məcburi köçkün olan qardaşlarımızın torpaqlarına dönməsinə çöx böyük əhəmiyyət verirəm”, – deyə o bildirib.

Ərdoğan, həmçinin Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyini deyib.

Bu xəbəri paylaşın: