ANAMA: 17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA tərəfindən cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib. 

İnterAz-ın məlumatına görə, bunu ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: «Bu günə qədər 17327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır. Bu günə qədər 4 Agentlik əməkdaşı axtarışlar zamanı xəsarət alıb. Cəbhəboyu ərazilərdə mülki əhalinin işğaldan azad olunmuş ərazilərə qanunsuz şəkildə keçməsi ilə bağlı 29 mina partlama halı qeydə alınıb, bu zaman 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 12 nəfər həlak olub”.

Bu xəbəri paylaşın: