Bu gün Mübariz Cəbrayıl oğlu Rüstəmov AVMVİB-ə fəxr üzv qəbul edilib.
Bu baradə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev məlumat verib.
Azad Musayev bildirdi ki, 44 günlük Vətən müharibəsində daim ordumuza maddi və mənəvi dəstək verən AVMVİB Zəngilan rayon şöbəsi ilə birgə olan Mübariz Rüstəmov rayon şöbəsinin təqdimatıyla Birliyə fəxri üzv kimi qəbul edilib və AVMVİB-nin təsis etdiyi «Milli Ordu 100» Xatirə medalı ilə təltif olunub.
AVMVİB-də fəxri üzvlük vəaiqəsi və Xatirə medalı AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən M. Rüstəmova təqdim edilib.
Təltif münasibətiylə M. Rüstəmovu təbrik edən AVMVİB sədri F. Rzaquliyev müharibə veteranları onlarla birgə olan vətənpərvər insanları heç zaman özləridən ayırmırlar.
Təbrik edirik!
Elnur Səlim



