Bayraktar «Qarabağ» ordeni ilə təltif edildi

«Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən «Qarabağ» ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram».

Bunu Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu tvitterdə paylaşaraq yazıb.

Fotolardan birində diqqətçəkən məqam Prezident İlham Əliyevə özəl gödəkçənin hədiyyə edilməsidir. Prezidentə təqdim edilmiş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.

S. Bayraktar sözügedən paylaşımında həmçinin İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görülməkdən şərəf və qürur hissi duyduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev «Qarabağ» ordenini S. Bayraktara təqdim edib.

Bu xəbəri paylaşın: