Ağdaş Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsi görüş kecirilmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.

Tədbirdə Ağdaş rayon Mərkəzi Xəstəxananasının Publik Hüquqi Şəxsin Baş Həkimi İntiqam Əhmədiyə oğlu İbrahimov Azərbaycan Resbublikasi ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan 44 günlük döyüş əməliyyatları zamanı Vətən Müharibəsində ön cəbhədə yaralanmış (xəsarət almış) əsgər və zabitlərimizə, o cümlədən müharibə veteranlarımıza sağlamlıqlarının bərpasında göstərdiyi tibbi xidmətlərə, xüsusi diqqət və qayğıya görə təşkilatimizin Fəxri Fərmani ilə təltif olundu.
Fəxri Fərmanı Baş Həkim İntiqam İbrahimova təqdim edən AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev həkimi təbrik edərək, ona və xəstəxana kollektivinə rayon veteranları adından minnətdarlığını bildirdi.
Təbrik edirik!
E. Səlim

