Yazıya bir lətifəylə başlamağa məcburam. İvan gileylənir ki, dünyada ən «qanmaz» millət azərbaycanlılardır. Niyəsini soruşduqda izah verərək deyir: «Mamedə 30 ildi başa sala bilmirəm ki, Nataşa onun yox, mənim arvadımdır».
İndi biz də rus ayısının ölkəmizə qarşı yürütdüyü siyasət haqqında eyni şeyi deyirik. 30 ildi İvan adlı özünü qanmazlığa vurmuş rus mujikinə başa sala bilmirik ki, bu ölkə tanınmış sərhədlər daxilində bizimdir. Burada İvanın nə ölümü var? Uydurduğu cırıq «sArtsax pərdəsi» arxasından görsənən iyrənc vicudlarından artıq bütün dünya iyrənməkdədir. Milyonlarla insanın qanıyla «hamamlanan» bu imperiya Yer üzünə bədbəxtliklər yayan Pandora yeşiyinə çevrilib. Amma bu qutu kömülməlidir.
Rusiya kol-kosda qalmış qoca-qaltaq 45 minədək erməni yığdığı Qarabağın azərbaycanlı əhalisinin sayı bu gün 110 min nəfərdir. «Müqəddaratı təyin etmə» adlı qondarılmış iddia da rus faşizminin demoqrafik fakt kimi əlindən çıxıb. Əldə etdiyimiz məlumatların birindən aydın olub ki, Rusiya ermənilərin kompakt yaşadığı Rusiya, İran və Livanda Qarabağa köçürmə həyata keçirməklə bağlı iş aparmaqdadır. Bununla bağlı Fedai.az-ın müxbirinin əldə etdiyi məlumata görə, İranda Rusiya Federasiyasının erməni əsilli səfiri Levan Caqaryan İsfahan yaxınlığındakı Yeni Culfada və Tehranda bu məqsədlə görüşlər keçirib. Ermənilərin Qarabağa köçməsi təşviq edilib. Eyni tapşırıq RF-nin Livandakı səfiri Aleksandr Rudakova da verilib. Rusiyada isə bu iş, təkcə ermənilər arasında deyil, ruslar arasında da aparılır. Məşğulluq adı altında Pskov bölgəsində orta yaş, evli şəxslərə ailəlikcə Qarabağda iş təklif edilir. Yüksək əmək haqqı və ildə 2 dəfə məzuniyyət vəd edilir. Bu istiqamətdə görüşlərdən görüntülər əldə etməyə çalışmaqdayıq.

Bu gün bəzi xainlər qəhrəman ordumuzun dünyanı heyrətə salacaq bir tərzdə qazandığı qələbəyə kölgə salmaq üçün uydurduğu əsassız iddialara diqqət yetirək. Güya fərari komandan Azərbaycandan rus ordusunu çıxarıbmış. Bunların məntiqinə görə, Qarabağ Azərbaycan torpağı deyil. Bu biveclərin ağıl və məntiqiylə burada «Artsax müdafiə ordusu» pərdəsi arxasında gizlənən rus-erməni birləşmələrinin 30-40 minlik hərbi birləşmələrinə nə ad verək? Əslində rusların bu qüvvəsi mövcud olmuş SSRİ hərbi hissələrindəki canlı qüvvəni 2 dəfə üstələyirdi. Təkcə vurulmuş ZRK S-300-lər daxil olmaqla daha üstün silahlara sahib idilər. Bu gün 30-40 minlik qanunsuz rus-erməni quldur yığnağının 12700 nəfəri məhv edilmiş (bu rəqəmi ermənilər 4500-dən 8750 nəfərədək söyləməkdədirlər. Əslində isə rəqəm bizim yazdığımız kimidir), ən son rəsmi erməni statistikasına görə 11 min nəfəri yaralanmış və ən son sülhməramlıların məlumat mərkəzinin verdiyi məlumata görə isə, 3000 nəfər isə itkin sayılmaqdadır.
Bu rəqəmlər 26700 nəfər deməkdir. Bu gün 30-40 minlik hərbi birləşmələrin əvəzinə Rusiyanın məhdud 2000 nəfərlik sülh qarğaları və erməni ordusunun 3-4 minlik tör-töküntüləri qalmaqdadır. Böyük Zəfərin nailiyyəti və Ali Baş Komandan kimi İlham Əliyevin məharəti budur. Rusiya əraziyə soxulmaqla bizim qələbəmizi oğurlamadı, vur-tut son mərhələni ertələdi və özünün məğlubiyyətini müvəqqəti gizləmək fürsəti əldə edə bildi. Qalib Azərbaycan isə buna bədəl olaraq illərcə mümkünsüz olan Türkiyənin Qafqazda hərbi-siyasi mövcudluğunu bərpa etdi. Bu Zəfərin miqyasını görməyən biveclər bilməlidirlər ki, tam qələbə üçün durmadan və yorulmadan çalışmalıyıq. Amma Marqaritanın informasiyalarını yaymaqla irəli gedə bilmərik. Total və təcili olaraq öz informasiya təhlükəsizliyimizi yaratmalıyıq.

РОССИЙСКИЕ МИРО-ТВАРЦЫ… 
АРМИИ ОБОРОНЫ АРЦАХА 
АРМИИ ОБОРОНА АРЦАХА «ЗАХВАТИЛА» ЕРЕВАНСКИЙ ЕРАБЛУР…
Təkcə qadağan olunmuş «İsgəndər» raketindən istifadə etdiyinə görə «İVAN İDİ DOMOY» ordusu rədd olub öz Gümrülərinə gedəcəklər. Ordumuzun zəfərinə dil uzadanlar öz tərəflərini müəyyən etsinlər.
Bəli, müharibə iştirakçıları yaxşı bilirlər ki, Rusiya bu müharibədə daim tərəf olub. Son döyüş günü gecə uçuşunun müşaiyyət xarakterli olmasını Rusiya Federasiyası MN artıq özü etiraf edib. Sizcə, bu helikopter nəyi müşaiyyət edirdi? Zəngilan istiqamətə hərəkətə keçən 4-cü ordu 31-ci briqadanın hərəkətini də ermənilər tezliklə deyəcəklər. Rusiyanın «Artsax ordusu» adlı pərdəsi ordumuzun zərbəsiylə «cırıq-cırıq» edilmişdi. Bu cırıq pərdənin ardında isə miskin bir imperiya büzüşmüşdü…
Yaxud bəzi sapı bizdən olan baltalar müharibənin danışıldığını və Rusiyanın «icazəsiylə» baş tutduğunu deyib növbəti çamurlarını atmağa çalışırlar.
Azərbaycanlı deputat S. Alıyev Minsk qrupunun keçmiş həmsədrlərindən olan Riçard Hoqlandın “The International Conflict Resolution Center” saytında öz vasitəçilik missiyaları ilə bağlı sensasion yazısından Rusiya ilə bağlı maraqlı bir məqama toxunub: “Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”.
Anladınızmı? Sizcə Kazimirov, Qraçovdan başlanan iyrənc rus siyasəti erməni Kalantaryanlamı sona yetəcəkdi? İNOBİS planı hazırlayan Rusiyanın bəlkə Həccə getməsini yazasınız?
Bu gün Rusiyanın ədalətli mövqeyindən dəm vurmaq istəyənlərə bundan sərrast cavab ola bilməz. Bir daha təkrar edirəm ki, Rusiya bu müharibələrdə daim tərəf olub. Bu müharibədə də tərəf kimi məğlub olub və Qarabağda Ermənistan üçün xroniki xəstəliyi olan kor bağırsaq düzəltməyə çalışır.
O bağırsağı da cərrahi yolla xaric edib Laçının, Kəlbəcərin və Şuşanın rus sülh qarğalarının aça bilmədiyi yollarını açacağıq…
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Qeyd: Zəhmət olsa da bu linkdəki yazını oxuyun — https://fedai.az/?p=30601&fbclid=IwAR0bQLkoUfLfmVMXNsy7yvmIISqSX58bU3O1yxv7LjBqhS9Kc8DO-pVZ0e4
