Gürcülər Pozneri «iti qovan kimi» qovdular, Zara isə bizə bir ayıb yerini göstərib getdi…

Rus faşizminin informasiya sifətlərindən olan, ermənipərəst jurnalist Vladimir Pozner səfərindən sonra ölkədə baş verən etirazlar fonunda Gürcüstanı tərk etməyə məcbur oldu.


Bu məlumatı Gürcüstanın «Birinci kanal”ı yayıb. Telekanalın məlumatına görə, Pozner və ətrafındakılar Tbilisi hava limanından uçublar. Bu barədə «Ambebi” portalı da məlumat verib.


Dünən gecə Poznerin səfəri ilə əlaqədar olaraq Gürcüstanda etiraz aksiyaları keçirilib. Nümayişlərdən biri jurnalistin qaldığı otelin qarşısında keçirilib. Etirazçılar polislə toqquşub və otel binası yumurta atəşinə tutulub.


Pozner və qonaqlarının qaldığı otelin özü isə koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətləri pozduğuna görə 10 min lari pul cəzası alıb. «Rustavi 2” xəbər verir ki, polis jurnalistin və yoldaşlarının da cərimələnəcəyini söyləyib.

Bundan sonra Pozner başqa bir otelə köçməyə məcbur olub, lakin etirazçılar bu dəfə həmin otelin ətrafına toplanşıblar. «İnterPress” xəbər verir ki, onlar gecəni otelin kənarında qalmaq və etiraz aksiyasını sabah davam etdirmək niyyətində olduqlarını söyləyiblər. «Dağılışmağı planlaşdırmırıq və Abxaziyanı Gürcüstanın bir hissəsi hesab etməyənlər ölkəmizi tərk edənə qədər burada olacağıq. Davamlı hərəkətlər olacaq”, — deyə müxalif «Vahid Milli Hərəkat” partiyasının lideri Zaal Udumaşvili bildirib. Tiflisdən əlavə Batumidə də etiraz aksiyaları keçirilib.


Millət vəkili Yelena Xoştariya və «Gürcüstan üçün Lelo” partiyasının üzvü Qriqol Hegeliya Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə əlaqədar jurnalistin mövqeyinə görə ölkəyə səfərinin qəbuledilməz olduğunu bildirib. 2017-ci ildə Pozner deyib ki, onun fikrincə, Abxaziya sakinləri Gürcüstanın bir hissəsi olmaq istəmirlər. «Əlbəttə ki, bu, elmi araşdırma olmasa da, məndə elə bir hiss var idi ki, ümumilikdə abxazlar Gürcüstanın bir hissəsi olmaq istəmirdilər», — jurnalist deyib.


Xatıaladaq ki, 2019-cu ildə ABŞ-ın Kaliforniya ştatında universitetlərdən birində mühazirə ilə çıxış edən tanınmış ekspert, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə azərbaycanlıların qəzəbinə səbəb olmuşdu. O, Qarabağın Ermənistanın olduğunu demişdi.

… Və bu məqamda şükr elədim ki, bu rus şovinisti gəlib yarımçıq qalmış ad gününü Bakıda davam etdirmədi. Vallahi «bizimkilər» 10 milyon adamı həbs edərdi, amma bu rus şovinistinin ad gününü belə yarımçıq qoymazdı. Zaranı unutdunuzmu? Biz dedik, özümüz eşitdik. 5-ci kolonun dəstəyi ilə konsertini verib sonda bizə «dalını göstərdiyini» xatırladım.

Unutmadıq və o günlər öz xalqını olmasa da suyunu içib, varını rüşvət-rüşvət yeyən 5-ci «korpusun» anti milli ünsürləri ildə bir erməninin Bakıda hürdürməklə bizlərə gövdə göstərdiyini unutmadıq. Anası gürcü olan gürcülər Pozneri «iti qovan kimi» qovdular, amma bizdə atası azərbaycanlı olan üzdəniraqlar isə Zaranı, Sosonu, Krikorovu və s. Bakıda oxutdular. Xalqı bir erməni köpəyinə görə heçə saydılar.


Biz unutqan xalq olduğumuzu nəzərə alıb o vaxtlar yayınladığımız «TƏRSA BALASI ZARANIN ADINI TƏRSƏ OXUSAN DALINDAN ARAZ ÇIXAR…» başlıqlı yazını olduğu kimi diqqətinizə çatdırırıq.

Emin Ağalarovun atasının adı da Arazdır və «yumurtadan yun qırxmaq» sənətinin sirlərini oğlu Eminə heç də pis öyrətməyib. Araşdırmalardan aydın olub ki, bizim pullu «30 minlik gəlin eskodrelyasına» ildə bircə erməni manısı gətirməklə qondarma «Jara» festivalının pulunu artıqlaması ilə çıxarır. Onların pula kosmoqonik ehtirasları fonunda Azərbaycanda fəaliyyət göstərən məlum erməni kolonu mənəvi ehtiyaclarını Azərbaycan insanının dərisindən soyulan milyonlar hesabına ödəyirlər. Üstəlik, kimisə güllələyir, kimisi işığımızı söndürür. Biz isə musiqili -əyləncəli xalq kimi «jara»ya, isti demədən atılıb düşə-düşə gələnə «can» deməkdəyik. Amma hələ faciəlisi odur ki, özünü «tualetinizin» televiziyası adlandıran Tv-lər, özünü saxtakarcasına politoLOXlar (bizdə politoloq yoxdur, olsa-olsa politoLOX ola bilər. Ya özləri «Lox»-durlar, ya da bizi «Lox» sayırlar) adlandıran gəvəzəklər Zaranın gəlişinin az qala Lazım müəllimin elçıisinin gəlişi kimi təqdim etməkdədirlər. Peşəkar jurnalistimiz Aydın Canıyev demişkən Zara «bizə Bakıda versə… konsert» sanki Qarabağı almış kimi bir zad olacağıq.

İşimizin adına bax. Millət qalıb bir Emin adlı artist qurusunun əlində. PolitoLOXlu, deputatlı, siyasətbazlı, Zurnalistli düşmüşük bu ərköyün «urus uşağının» dalına və onun zibilini təmizləməklə məşğuluq. Bir sözlə o da millətə dov gəlib deyir: «я хотел, я сделал!» Mən həyatımda bundan həyasız birisini görməmişəm. Bunlar milyonçuların ovçusu kimi tanınan Zara ilə siam əkizləri qədər oxşardılar. Yəni «ZARA» sözünün tərsinə oxunuşunun «ARAZ» olması xoş bir təsadüfdür, deyə bilərik.

Bir sözlə bu millətə qətiyyən dəxli olmayan dədə-bala Ağalarovların bu biznesindən örnək götürüb əməlli başlı pul qazandıran festival layihələri ortaya qoya bilərik. Onsuz da dünyanın küncə sıxışdırdığı Rus ayısına nəfəslik üçün belə şoular «hava-su» kimi lazımdır. Biz daim imperiya yıxılanda altda qalıb zərər çəkməyə öyrəncəliyik. Çünki xalqlar dinc dövrlərdə öz bətnindən sərkərdə «çıxaranda», biz «manıs» çıxardırıq. Qonşunun milyonçuları öz millətinin gələcəyi üçün tələbə oxudanda, biz Şakiranı «oxuduruq». Qonşunun fahişəsi Qardaşyan Trampla görüşüb siyasi söhbətlər edəndə, biz görüşüb «lotuyana» klip çəkdiririk. Millətlər dünyanı cənnətə çevirməyi düşündüyü günlərdə, biz öz cənnətimizi cəhənnəmlə başabaş dəyişməyə çalışırıq…

Dərdli deyingən olar, amma məsələdən uzaqlaşmayaq. Yazısı oxunmayan və tanınmaq istəyən yazarlar niyə bir «SNQ (MDB) yazarlar festivalı» düzəldib Zori Balayanı ölkəyə gətirmirik? Axı onun da burada öz qohumları, oxucuları var. «30 minlik gəlin eskadreliyası» içərisində öz yazarları üçün sinoy gedənlərin, məgər pullarımı yoxdur? Xalq çox atılıb düşsə, mükafatınız böyüyəcək. Axı xalqı daha çox incidənlərə biz mükafat verməyə öyrəncəliyik. Bu bir.


Məsələn, veteranlarımız niyə yenicə həbs olunmuş Robert Köçəryanı bizim ölkəyə gətirilməsini tələb etmirlər? Axı o da döyüşçüdür! Versinlər o köpəyi, bir festival təşkil edib döyüşçü kimi özümüz mühakimə edək. «Formirovkasını» televiziyalar («Xəzər» və ATV), politoLOXlar və yekə jurnalistbaşı Həzrəti Əflatun müəllim özü verəcək. Əsas istəkdir. Bəs onun qohum-əqrabalarının pulu, pul deyilmi? Vallah Haykanuşun cocuqlarının hamısını pulu eyni mənbədəndir. Hamısı insan dərisindən və millətin göz yaşlarındandır. Bu iki.

Niyə «Kitayı», Dubayı su yoluna döndərən üzdəniraqlar bir festival quraşdırıb Qardaşyanı ölkəmizə çağırmırlar? Rus ordeninin yanında Amerika ordeni pismi görünər? Onun qohumları qohum deyilmi? Özü də Qardaşyanı bütün dünya bəyəndi, bəyənməmək sizəmi qaldı? Bir -iki «saxta vətənpərvər» Kimin dalının natarazlığını deyib kiriyəcək. Sonunda «başasalma idarəsində» ağıllandırılaraq kosmopolitlərin içində gedib Qardaşyanı qarşılayanlarla birgə atılıb-düşənlərdən olacaq. Bu da üç.


Yaxud üzdəniraq madumazel Andronikin adına bir festival yapın. Onu idealı seçən nazirimizin haqqında ermənilər film çəkib. Yaxşı pulu da var. Hamısının krantından neft axır. Damarlarından isə antimilli seliklər. Alın pulunu keçirin, keçirə bildiyiniz qədər. Məgər Androniksevərlər yazıq deyillərmi? Niyə bizim «gəlinlər» həsrət içində yaşamalıdırlar? Bu da dörd…

Görəsən ağalarovlar hara baxırlar? Lazım olsa Putinə de, lazım olsa Trampa de. Təki sən erməni tap gətir. Burada bazar var, alıcısı pullu bazar…

Pulunu al, malını ver. Bazar olsun.


Allah da sizlərin bəlasını versin!

P.S. «Jara»da son gün Zaranın bizə göstərdiyi poza üçün oxucularımızdan üzr istəyirik. Bizi ayağa verənlərə ar olsun!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

İyul 2018-ci il

Bu xəbəri paylaşın: