Milli Qəhrəmanımız Rafael Həbibovun doğum günü qeyd olunub

02 aprel 2021-ci il tarixində Milli Qəhrəmanımız Rafael Şərafət oğlu Həbibovun doğum günü xüsusi karantin rejminin tələblərini gözləməklə qeyd olundu.

Tədbirdə Azərbaycan Respublikasının Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, İcra Hakimiyyətinin məsul işçisi, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri, Milli Qəhrəman Rafael Həbibovun döyüş yoldaşları, ailə üzvləri, Şirvan Şəhər Rafael Həbibov adına 14 nömrəli tam orta məktəbin rəhbərliyi və ədəbi- bədii kompozisiya söyləyən bir qrup şagird heyəti iştirak edirdi.İlk öncə Milli Qəhraman Rafael Həbibovun və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İki şəhid qardaş

Sonra çıxış edənlər Rafael Həbibovun həyat fəaliyyətindən xatirələr, döyüş yoldaşları Qarabağ müharibəsində Milli Qəhrəmanın cəsarət və igidliyindən danışdılar.

Sonda Şirvan şəhər R. Həbibov adına 14 nömrəli tam orta məktəbin şagirdləri Rafael Həbibova həsr edilmiş ədəbi — bədii kompozisiya ilə çıxış etdilər.

Eyni zamanda tədbir iştirakçıları El Qəbirstanlığına gedərək Milli Qəhrəman Rafael Həbibovun məzarını ziyarət etdilər və dualar oxundu.

Bu xəbəri paylaşın: