Ərdoğandan Alparslan Türkeşlə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Millətçi Hərəkat Partiyasının (MHP) qurucusu Alparslan Türkeşin vəfatının 24-cü ildönümü ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Dövlət rəhbəri paylaşımında bunları yazıb:

“Türk millətinə və bu torpaqlara bağlılığı ilə heç bir zaman unudulmayacaq Millətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşi vəfatının 24-cü ildönümündə rəhmətlə və ehtiramla anırıq. Məkanı cənnət olsun”.

Ərdoğan, həmçinin A.Türkeşin üzərində “Hamınız türk bayrağısınız. Bayrağı ləkələməyin, kirlətməyin, yerə salmayın!” sözləri yazılmış fotosunu da paylaşıb.

Bu xəbəri paylaşın: