«Factorum ac dictorum memorabilium» valideynə qarşı minnətdarlığın və ehtiramın unikal simvolu

NURLAN Məmmədli

Veteran.az saytının redaktoru

Qədim Roma tarixçisi Valeri Maksim (Valerius Maximus) özünün «Factorum ac dictorum memorabilium» («Faktlar və deyimlərlə xatirələr») əsərində bir qızın atasına olan bənzərsiz məhəbbətini valideynə qarşı minnətdarlığın və ehtiramın unikal simvolu kimi nəql etmişdir.

Əhvalata görə, Qədim Romada Patrisilər (əsilzadə vətəndaşlar) hər hansı bir cinayət törədərkən (qadın tərəfindən xəyanət, qətl və s.) ölümə məhkum edilərkən tədbir kimi aclıq tətbiq edilirdi. Məsələn, Vestal bakirəsi olan bir rahibə bakirəliyini itirdiyinə görə aclıq vasitəsilə ölümə məhkum olunmuşdu.

Burada Vestal bakirəsi ilə bağlı bir haşiyə çıxım. Qədim Romada patrisilər arasından 6 yaşı tamam olmuş cismani qüsursuz qız övladlarını seçib, xüsusi məbəddə 30 il təhsil verib rahibə kimi yetişdirirdilər. Belə qızlar ömrünün sonunadək ailə qurmayıb cəmiyyətdə yüksək hörmət və ehtirama sahib olaraq «Vestal bakirəsi» titulunu alardılar. O, toxunulmaz sayılırdı. Buna görədə çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. Vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. Vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. Vestal bakirəsi edam yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi.

Bu zaman onun təsadüfən hadisə üzərinə çıxdığını and içərək təsdiqləməsi kifayət idi.Valeri Maksim qeyd edir ki, senat Simon adlı bir atanı da cinayətinə görə aclıq vasitəsilə ölümə məhkum edib ona su və qida verməyi qadağan edildi. Onu ziyarət etmək qadağan edilmişdi, yalnız Pero adlı qızına yalvarışları üzündən atası ölənədək gündə bir dəfə onu ziyarət etməyə icazə verilmişdi. Qız hər dəfə zindana daxil olanda onun üzəri diqqətlə axtarılırdı ki, o, özü ilə yemək və su gətirməsin.

Günlər keçir, amma qoca Simon ölmür, əkisnə qüvvədən düşmək əvəzinə hər keçən gün daha da gümrahlaşır. Hakimlər müddətin keçməsindən narahat olurlar və Simonun qızından şübhələndikləri üçün nəzarətçilərə ata ilə qızı izləməyi tapşırırlar.

Məlum olur ki, yeni ailə quran və körpəsi olan Pero atası ilə hər gün görüşərkən ona öz sinəsindən süd verərək ölməyə qoymurmuş. Qızın ataya süd verməsi aktı insest hesab edildiyi üçün qız da ölümə məhkum edilməli idi. Amma hadisə və şəraitiin unikallığını nəzərə alan hakimlər Kimonu əfv edirlər.

Həmin gündən bu hadisə qızın öz atasına fövqəladə sevgisinin və mərhəmətinin simvoluna çevrilir. Tezliklə rəssamlar və heykəltəraşlar qızın ataya olan fədakarlığından ilhamlanaraq öz əsərlərində bu mövzuya geniş yer verirlər. Siz «Google» axtarış sisteminə «Caritas Romana», «Simon and Pero» və ya «Roman Charity» yazmaqla Rubens, Jül Levefr, Pauls Morels və Şarl Mellen kimi rəssamların əsərlərini görə bilərsiniz. Covanni Bokkaçço isə bu hadisəni improvizə edib başqa motivdə öz əsərinə daxil etmişdir.

P.S. Bu mövzuda bir çox rəssamlar rəsm əsərləri çəkmişlər…

© 2021 Unless otherwise specified, the profile is my proprietary property and all types of files that are distributed in this profile under the sign © are owned and controlled by /nurlan.mammedli and are protected by copyright and intellectual property rights. The content of this profile is private and confidential.

Bu xəbəri paylaşın: