Bu yolun ucu Təbriz…

Abbas Hüseynli//AVMVİB sədrinin müavini

Əvvəli ötən saylarda… 

22 fevral 2020-ci il tarixdə Məhşəd şəhərini tərk etməli olduq.

Axırıncı dəfə «Tara» hotelində səhər yeməyini yedikdən sonra, hotel əməkdaşları ilə xudafizləşdik. Müqavilədə nəzərdə tutulmuş qaydada «Tara» hotelinin mikroavtobusu bizi Məhşəd hava limanına gətirdi. Burada heç bir çətinlik çəkmədən Məhşəd — Təbriz təyyarəsinə mindik. Təyyarədə olan bələdçi yenə də fars və ingilis dillərində bizə məlumatlar verirdi. Təxminən 1 saat 20 dəqiqədən sonra Təbriz təyyarə limanında idik.

Taksi ilə Peymanın Təbriz şəhərində yerləşən çoxmərtəbəli binada olan iki otaqlı mənzilinə getdik. Buraya gəlməmişdən əvvəl mən Peymandan xahiş etmişdim ki, Təbrizdə olan elimli fars, türk hansı millətlərdən asılı olmayaraq savadlı, dünyagörüşlü olan şəxslərlə məni görüşdürsün.

TƏBRİZ

Qısa olaraq bildirim ki, Təbriz hər bir Azərbaycan türkünün mənəvi paytaxtıdır. Təbriz İranın əhalisinə görə (Tehran, Məşhəd, İsfahan, Kərəcdən sonra) 5-ci ən böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. Təbriz şəhəri azərbaycanlıların mənəvi və mədəni paytaxtı sayılır.

Orta əsrlərin elm və mədəniyyət mərkəzi olan Təbriz şəhəri, o dövrlərdə, hətta indi də bir çox dövlətlərin, eləcə də Təbriz xanlığının, Rəvvadilər dövlətinin, Eldənizlər dövlətinin, Hülakülər dövlətinin Səfəvilər dövlətinin nəhayət, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin paytaxt şəhəri olaraq, bütün şəhərlər arasında tanınmışdı.

Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350-1410 metr yüksəklikdə yerləşir.

Məqsədim o idi ki, bizim barədə, İranın gələcək taleyi barədə onlarla söhbət edim. Peyman mənimlə görüşmək üçün 5 nəfərdən ibarət savadlı şəxsi bir yerə yığa bilmişdi. Mən onlarla söhbət edən zaman, onlardan birisinin alim olmasını, hətta Unversitetdə dərs dediyini öyrəndim. Onlarla söhbətim pis alınmadı. Mən gördüm ki, onların hamısı Azərbaycan torpağının iki yerə parçalanmasını, lakin bu torpağın İran torpağı olmasını söylədilər. Mən onlara izah etdim ki, İran deyilən dövlət adı Pəhləvilərin hakimiyyətə gəldikdən sonra, yəni 1925-ci ildən sonra qoyulmuşdur. O, vaxta qədər bu torpaqlar Türk sülalələrinin idarə etdiyi Türk torpaqları olmuşdur. Orada söhbətlərimiz çox sürsə də, mən bir şeyi başa düşürdüm ki, onların içərisində fars şovinislərinin yeritdiyi paniranizm meyilləri çox güclüdür. Alim olan şəxs Qasim Süleymani barədə söhbət düşərkən onun İranın milli qəhrəmanı olmasını və burada yaşayan Azərbaycan türklərinin də onunla fəxr etdiklərini dedi.

File:Təbriz.jpg - Wikimedia Commons

Doğrusu gözləmirdim ki, Türk dünyasını özünə düşmən bilən və onlara qarşı axıra qədər mübarizə aparmış və erməni-haylarla iş birliyində olan, Azərbaycan torpaqlarının erməni-haylar tərəfindən işğalında xüsusi xidmətər göstərən bu şəxs barədə belə sözlər eşidəm. Onlar hamılıqla bildirdilər ki, məhz, Qassim Süleymani İŞİD terrorçularının İrana daxil olmasına imkan vermədi və burada yaşayan türklərin də təhlükəsizliyini qorudu. Mən Qasim Süleymaninin Türk millətinə düşmən olan bir şəxs olmasını, onun Suriyada, İraqda türkmənlərə qarşı törətdiyi soyqırımı, vaxtı ilə Azərbaycan-Ermənistan savaşı zamanı isə ermən-haylara hər vasitə ilə hərbi, maddi və hərb məlumatları ilə köməklik etməsindən danışdım. Hətta onun gorbagor olmasını, hətta qəbrini belə söydüm. Mənim bu sözlərimi eşidən bu şəxslər elə bil ki, nədənsə qorxu çəkdiklərin gördüm. Onlara dedim ki, türkə qarşı çıxan kimliyindən asılı olmayaraq bizim düşmənimizdir. Onlara böyük araşdırmaçı Xaqani Rzaquliyevin bu sözünü dedim: »Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, kürd, ləzgi, talış, avar və digər millətlər mənim qardaşımdır, vuruşmaqdan yayınan türk isə mənim düşmənimdir». Bəli, vətənin, torpağın millətdən də üstün olmasını, məhz. X. Rzaquliyev dahiyanə sözlərlə ifadə etmişdir.

Günorta çörəyimizi, yəni plovumuzu (İranda demək olar ki, hər yerdə plov verilir) Peyman gildə yediklən sonra Təbrizdən taksi ilə Biləsuvara gəldik. Biləsuvara çatdıqda burada insanların koronavirusla əlaqədar yoxlanılmasını gördük. Burada heç bir virusa yoluxmadığımızdan sərhəd – keçid məntəqələrindən keçdik. Bu yoxlamalar sayəsində cənubdan gələn bir təhlükənin qarşısı alınırdı. Avtomaşınımı saxladığım yerə gəldik və Bakı şəhərinə getdik…

İran İslam Respublikası barədə gördüklərimdən belə nəticəyə gəldim ki, Azərbaycan xalqının teleyində Azərbaycan türklərinin bir yerdə olmaları, yəni bölünmüş Azərbaycanın birləşməsi baş verəckdir. Bunu istər Azərbaycanda olan azərbaycanlıların, istərsə də xaricdə yaşayan azərbaycanlıların etmələrinə mən inanmıram. Ona görə ki, bu birləşməyə mane olan dövlətlər çox güclüdürlər. Bəs, onda biz nə etməliyik ki, birləşməyimiz baş tutsun? Bunun üçün birinci növbədə, türk dövlətləri arasında hərbi, iqtisadi, mədəni sahədə konfederativ dövləti müqavilələr bağlanmalıdır.

Tebriz - YouTube

Bu müqavilənin bağlanmasına qarşı kimlərin və hansı dövlətlərin maneə olmalarından asılı olmayaraq bunları həyata keçirmək lazımdır. Atatürk 1930-cu illərdə deyirdi: »Vaxt gələcək baxımsız türk respublikaları yaranacaqdır. Türk dövləti onda onlara yardımçı olmalıdır». Böyük Atatürkün bu böyük nəsihətinə Türk Respublikası demək olar ki, əməl etmədi. 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində baş vermiş soyqırıma o, vaxtkı Türkiyə Respublikasının Prezidenti Turqut Özaldan münasibət bildirməsini soruşduqda o, demişdir ki, Bakıda baş vermiş hadisə SSRİ-nin daxili işidir, bir də Azərbaycan xalqı şiə, biz isə sünnüyük. Doğrusu bunu eşidəndə düşünürsən ki, bizim birləşməyimiz üçün hələ uzun müddət lazımdır.

Ona görə ki, Böyük Atatürk bizə onuda vəsiyyət edirdi ki, yaranmaqda olacaq türk respublikalarına öz içərinizdən seçilmiş soyunuzu gətirin, əyər bunu edə bilməsəniz uzun müddətə zülm və istibdad içərisində yaşamağa məcbursunuz. Bəli, biz öz hökmdarlarmızın kimliklərini, bizim soyumuzdan olduqlarını və bizim millətin, xalqın mənafeyini qoruyan olduqlarını bildikdən sonra hakimiyyətə gətirməliyik. Əks təqdirdə biz qalib gələ bilməyəcəyik. Burada Kül Təqim abidələrində olan bu sözü qeyd etməyə bilmərəm. Orada deyilirdi: »…Türk milləti! Bəylər! Sözümü eşidin! Türk millətini toplayıb el-obanın vəsfinini bu daşa yazdım. Millət yenə səhv edərsə, öləcəyini də bu daşla həkk elədim. Hər nə sözüm varsa yazdım. Ona baxaraq bilin, indiki Türk bəyləri!…

Ey türk! Titrə və özünə dön!»

Bu xəbəri paylaşın: