Azərbaycana aid yüzlərlə sənət əsərinin saxlandığı Moskvadakı Şərq xalqları incəsənəti müzeyi ilə tanış olanlara, bu nümunələrin İrana aid olması xüsusi vurğulanır. Ən yaxşı halda belə bir ifadə işlədilir: «Лучшие произведения искусства Ирана — это величайший вклад персидского и других населяющих эту страну народов в общечеловеческую культуру (Yəni farsların və İranda yaşayan başqa xalqların)».
Sanki bu ölkənin 1000 illik hakimləri olan Azərbaycan türkləri ilə orada yaşayan xırda xalqların bəşər tarixinə verdiyi töhfələr eynidir. Rəssam Allahverdi Əfşarın çəkdiyi Abbas Mirzənin portretinə yarım səhifəlik tərif yazan almanax, bir dəfə də olsun nə rəssamın, nə vəliəhdin, nə də onun atası Fətəli Şahın (1797-1834) Azərbaycan türkü olmasını vurğulamir.
Biz bu tarixi əsərləri geri almağa cəhd etməsək də, ən azından muzeydə Azərbaycana aidliyini bildirən məlumatların olmasına çalışmalıyıq.
Eldar Tağıyev
Ukrayna

