Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli, ehtiyyatda olan polkovnik Elmar Hüseynovun 63 yaşı tamam olur.
Müharibənin ilk günündən cəbhədən cəbhəyə, döyüşdən döyüşə atılmış Elmar Hüseynov 44 günlük Vətən müharibəsi günlərində də əsgərlərimizin yanında oldu. Bir köhnə döyüşçü kimi kənarda qalmadı. Qəlbi Vətən üçün döyünən bir döyüşçü kimi daim öndə olmağa can atdı.
63 illik şərəfli bir ömür yolu keçmiş veteranımız Elmar Hüseynovu ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və uğrunda vuruşduğu Vətənimizdə xoş günlər arzulayırıq. Torpaq şəhidləri və qaziləriylə Vətən olur.
Bütün gözəlliklər sizin olsun.
100 yaşa, ELMAR BƏY!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ











