İlham Əliyevlə Ərdoğanın Şuşaya gedəcəyi tarix AÇIQLANDI

Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdogan may ayının 2-ci yarısında Şuşaya birgə səfər edəcəklər.


Fedai.az  xəbər verir ki, bu haqda məlumat «Operativ Məlumat Mərkəzi” Telegram kanalında yayılıb. 

Xatırladaq ki, «Şuşada Türkiyə konsulluğunun açılması yönündə artıq konkret qərar verilib»-deyə «İTV Xəbər»ə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç açıqlama verib.

«Bir xoş xəbər verim. Tezliklə Şuşada konsulluğumuz açılacaq», — deyə o, bu barədə qəti qərar verildiyini bildirib.

Bu xəbəri paylaşın: