Şəhid Xudayara yenidən HÖRMƏTSİZLİK EDİLDİ. Bu adamlar niyə cəzalandırılmır?!

Bir neçə gün öncə sosial şəbəkədə Şəhid Xudayar Yusifzadə barəsində yayılan məlum status cəmiyyətdə rezonans doğurmuşdu.


KAİM.az xəbər verir ki, bu dəfə də “Tehran Bayram” ləqəbli “Facebook” istifadəçisi şəhid Xudayar barəsində xoşagəlməz fikirlər səsləndirib. “Xudayar çoxdandır təzə video paylaşmır” deyə status yazan şəxs daha öncə Xudayara hörmətsizlik edən şəxsi döyənlərə meydan oxuyub.


Bu barədə fotofaktı təqdim edirik:

Bu nüansı bir daha xatırladaq ki, AVMVİB sədrinin hüquqi məsələlər üzrə müavini, mərhum Abbas Hüseynli (Rəhmətlə anırıq) təşkilat adından hazırladığı təkliflər paketini aidiyyatlı orqanlara göndərmişdi və bu günədək, nə Milli Məclisdən, nə də Daxili İşlər nazirliyindən heç bir cavab ala bilməməişik. Bu südü və zatı pozuqlara qarşı hüquqi mübarizəyə start verilməsə bu erməni soylular ölkədə təxribat yaradacaqlar…
Təqdim olunan təklifləri bir daha xatırladırıq:


«Bu gün nərminələr, səbinələr və onlara bənzər məxluqlar Azərbaycan Respublikası CM-də olan boşluqdan istifadə edərək meydanda at oynadırlar. Bu yaxınlarda Xətai rayon məhkəməsində xüsusi ittiham qaydasında aparılmış işdə gülüş doğurur. Belə ki, Azərbaycan Respublikası CM-nin 147, 148-ci maddələri, yəni «Böhtan və Təhqirlə» bağlı bu cinayət işinin Nərimnənin etdiyi hərəkətlə heç bir əlaqəsi yoxdur.


Ona görə ki, Təhqir və Böhtanla bağlı cinayət işində bütün vətəndaşlar zərərçəkmiş şəxs qismində ola bilərlər. Nərminə Şahmarzadə isə adi bir vətəndaşa qarşı deyil, Şəhidə, Milli Qəhrəmana qarşı cinayət hadisəsi törətmişdir. Ona görə də mən bir hüquqşunas kimi Azərbaycan Respublikası CM-nə bir maddənin, yəni 323.1-1 maddəsinin əlavə edilməsini və həmin maddənin belə bir formada qəbul edilməsini təklif edirəm:


Maddə 323.1-1.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazi, şəhid və Milli Qəhrəman olan şəxslərin şərəf və ləyaqətlərini ləkələmə və ya alçaltma


323.1-1.1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazi, şəhid və Milli Qəhrəman olan şəxslərin şərəf və ləyaqətini kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi sosial şəbəkələrdə nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma


Bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

323.1-1.2 Bu Məcəllənin 323.1-1.1 maddəsində nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hasabatlarda istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə isə İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır»…


P.S. Çox dəyərli təkilfdir və ümid edirik ki, bu təklif nəzərə alınmalıdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •