AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov sosial şəbəkədə maraqlı bir paylaşımla çağırış edib «İtaliyada olanlar bizim də başımıza gələ bilər. Səbəb təkcə virusun təhlükəsi, dövlətin tədbir görməməsi deyil.
Səhlənkarlıqdır!
Yasamal rayonu, «Olimpdən» yuxarıdakı «Favorit» marketdə idm. İcəri daxil olduqda, gözləyirdim ki indicə mənə hücum çəkib biri qızdırma ölçəcək, o biri məni gellə çimizdirəcək.
Gözlə! Rahat keçib, alış-veriş edir. Birisi paket götürür, tərəvəzi doldurur, paketi verir əlcıkli satıcıya. Deməli, burada əlcək bulaşdı. Ardınca o biri həmin bulaşıq əlcəkli əldən bulaşmış paketini alır, qoyur səbətinə. Bulaşıq səbətin qulpundan tutub sürür kassaya. Kassada əlini cibinə salıb pulu çıxarır, bulaşıq əlcəkli kassirə verir, və qalığı bulaşıq əllərdən götürüb qoyur cibinə. Gəlir evinə, və bulaşmış cibindən açarı çıxarır və qapısını açıb daxil olur təmiz evinə, paketləri qoyur mətbəx masasının üzərinə, və…
DİQQƏTLİ OLUN !!!
Hal-hazırda heç də istisna deyil ki, çox adam virusa yoluxub. Amma o indi xəstəlik əlamətlərini hiss etmirlər. Evdə oturaraq, 14-20 gün ərzində, yoluxmuşlar xəstələnəcək, yaxud da xəstələnmədən simptomları bilinərək butun camaatdan təcrid olunub müalicə olunacaqlar. Amma digərlərini yoluxdurmayacaqlar. Xəstə və virus daşıyıcıları insanlardan təcrid olunmuş olacaqlar və zəncir qırılacaq.
Ona görə də EVDƏ QALIN !!!
Mümükün qədər bunları nəzərə alın. Qapı dəstəklərini salfetlə açın.
Ən yaxşısı, EVDƏ QALIN!»
Elnur Səlim
P.S. Sayta ilk olaraq AVMVİB-nin İdarə Heyətinin qərarına uyğun olaraq vəsaiti də, məhz S. Hüseynov köçürüb. Təşəkkürlər…
