Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvü olan müharibə veteranları şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Artıq illərdir ki, bu ziyarətləri müharibə veteranları bir ənənəyə çeviriblər.
Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirdi ki, şəhid mayor Anar Elşad oğlu Məmmədovun doğum günü rayonun Cavad kəndində məzarı başında qeyd olunub. Şəhidin qızı Zeynəb Məmmədli çıxış edərək atası haqqında xatirələrini bölüşüb.

Şəhid məzarına gül qoyulub və dualar oxunub.
Mərasimdə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, təşkilatımızın fəxri üzvləri, AVMVİB rayon şöbəsinin üzvləri, Sabirabad rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, rayon təhsil şöbəsinin, mədəniyyət şöbəsinin nümayəndələri və kənd camaatı iştirak edirdilər.
Faiq Hüseynov qeyd etdi ki, şəhid mayor Anar Məmmədovun həyat yoldaşı da şəhid qızıdır. Onun atası Heydər Həmidov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

