Azərbaycanın nümayiş etdirdiyi humanizm, Azərbaycan Qarabağ müharibəsindən sonra saxlanılan terrorçu erməni diversantlarına aid edilməməliydi. Terroristlərdən üçünü azad edib.
Yaxın saatlarda həmin şəxslər Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan İrəvana yola salınacaq.
Qeyd olunur ki, azad olunanlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməyib.
Azərbaycanın Ermənistana qaytardığı 3 erməni hərbçini daşıyan təyyarə İrəvanın «Erebuni» hava limanına enib.
Fedai.az «qafqazinfo»-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
Qeyd edək ki, erməni hərbçilər Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Yerevana çatdırılıblar.
Əlavə edək ki, istintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.
