Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.Bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.
Bundan əlavə, «Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında» qanuna dəyişiklik edilir.
Dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Dövlət Himni mütləq ifa ediləcək.Xatırladaq ki, 2017-ci ildə «Şəhid adlarının əbədiləşdirilməsi barədə» Nazirlər Kabinetinin qərarının müddəaları 1999-2016-cı il ərzində hissələrlə tam dəyişdirilib. Yalnız 2 dəfə «Azərbaycanın Milli Qəhrəmanı» adı alan şəhidə abidə qoyula və adına ünvan verilə bilər. Bu barədə geniş araşdırma yazısı yazdıq və aidiyyatlı qurumlara müraciət elədik. Amma o qurumlar bir yana, heç şəhid adıyla yaradılan bəzi işbaz ictimai birliklər də reaksiya vermədilər.
Yalnız Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi döyüşdə şəhid olan qardaşlarının müdafiəsinə qalxdı. Lakin bu düşmən sifarişini yerinə şəxslər bu günədək müəyyən edilərək cəzalanndırılmayıb. Üstəlik, öz vəzifəsini qoruyub saxlamaqdadır.
Ümumiyyətlə, müharibə iştirakçılarına qarşı hər cür qərarın hazırlanmasında eyni qrupun əli var və bu sifarişi verənlər də tam aydındır. Başlıca məqsəd ən həssas sosial toplumu narazı salmaqdan ibarətdir.
Fedai.az Araşdırma Qrupu
