Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 7-də bildirib ki, indiyədək ölkədə ümumilikdə 325 min 407 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Onlardan 302 min 860 nəfər müalicə olunaraq sağalıb, 4650 nəfər vəfat edib.
Hazırda müalicə olunan xəstələrin sayı 17897 nəfərdir.
Bu xəbəri paylaşın:
