Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək:
«İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarımil qiymətinin çıxarılması planlaşdırılır».
Bu xəbəri paylaşın:
