Daha bir veteranımız Haqqa yürüdü. Milli Ordunun yaradılmasında və ilk nizami ordu sıralarında döyüşlərə qatılmış Əlövsət Məmmədov koronovirusun cəngindən qurtula bilmədi.

Bu məlumatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov verib.
Müharibə veteranı Əlövsət Məmmədov doğma Xankəndi şəhərinə dönmədən sıralarımızı tərk etdi.
Məkanı cənnət olsun!

ƏLÖVSƏT Məmmədov
AVMVİB Rəhbərliyi, AVMVİB üzvü Əlövsət Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Bu xəbəri paylaşın:
