Türk ordusu 24 saata 31 PKK terrorçusunu məhv etdi

Türkiyədə terrorla mübarizə çərçivəsində son 24 saat ərzində ölkə daxilində və sərhəd kənarında aparılan əməliyyatlarda 31 terrorçu məhv edilib.

Bu barədə «TRT Haber» məlumat yayıb.

«Terrorla mübarizə sərhədlərimiz daxilində və xaricində qətiyyətlə davam edir. Son 24 saatda terrorçulara ciddi zərbə vurulub. İraqın şimalında aparılan «Pençe-Yıldırım» əməliyyatı çərçivəsində mağaradakı terrorçularla isti əlaqə qurulub. Qarşıdurma zamanı 8 PKK terrorçusu məhv edilib», — məlumatda deyilir.

Həmçini İraqın şimalındakı Qara bölgəsində TSK və MİT-in birgə gerçəkləşdirdiyi əməliyyatla 10 terrorçu zərərsizləşdirilib.

«Eren-5» əməliyyatları çərçivəsində Mardin-Nusaybin mahalının Bağok bölgəsində də 7 terrorçu zərərsizləşdirilib.

«Fərat Qalxanı» bölgəsinə hücum hazırladığı təyin olunan 3 PKK / YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi, «Eren-14» əməliyyatları çərçivəsində Hakkari-Mərkəz səmti Çanaklı kəndi çölündə 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.(Publika.az)

Bu xəbəri paylaşın: