Şəhid ailəsinin işığını kəsiblər…

İnsanlığını itirənlərin əmri ilə evinin işığı kəsilən Vətən müharibəsində 3 medalla təltif olunmuş şəhid Zaurun körpəsini fotoda görürüsünüz.


Lənkəran Şəhər Elektrik Şəbəkəsinin vicdansız işçiləri, başda Fərzyllayev Namik olmaqla, gəlib şəhid körpəsinin işığını kəsən məxluqlar ermənidən də betərdilər.


Çünki şəhid körpəsinin işığını kəsənlərə Insan demək günahdır, onlara məxluqlar demək yaraşır.


Baxın Lənkəran Şəhər Işıq Idarəsi nə qədər harınlaşıb ki, bilə- bilə, həmin evdə 3 — medal alan Şəhidimiz Zaurun körpəsi yaşayır, yenə də işığını kəsirlər. Şəhid Zaur körpəsinin işığını kəsən bu məxluqları qorumağa getmişdi müharibəyə.


Inanıram ki, rəhbərlik nəzarətçi Fərzullayev Namiqi işdən çıxarmalıdır. Umidvaram ki, Cənab Prezident şəhid körpələrin işığını kəsən «Azərişıq»-ın rəhbərliyini cəzalandıracaq.

Çünki Cənab Prezident humanistdir. Əgər Lənkəran şəhər İcra Hakimiyəti işə qarışmasaydı bu məsum körpə gecə səhərə qədər qaranlıqda qalardı. Dəhşətdir, bunlara kim ixtiyar verib ki, şəhid körpələrinə hörmət etmirlər.


Amma Lənkəran Qaz Idarəsi borcu çox olsa da şəhidlərin yaşadıqları evlərin qazını kəsmir. Eyni Dövlətdə yaşayırıq, amma Qaz Idarəsi ilə İşıq İdarəsinin fərqinə baxın.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. . .

Elxan Rzayev

P.S. Adı keçən şəxslərin mövqe bildirmələrini gözləyirik. Bu öncə bir rayona, daha sonra bir ölkəyə ayıb gətirən bir əməldir…

Bu xəbəri paylaşın: