Azərbaycanlı xristianlar Qarabağda Pasxa bayramını qeyd ediblər — FOTOLAR

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı «Ağoğlan» monastırını ziyarət ediblər.

Fedai.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər.

İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.

Bu xəbəri paylaşın: