Prezident “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqı təbrik etdi

«Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə — hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir».

Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.

«Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm», — Prezident bildirib.

Bu xəbəri paylaşın: