Zəfər dolu, qələbə ruhlu Ramazan Bayramınız mübarək!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov Facebook səhifəsində Binəqədi rayon veteranları adından Ramazan bayramı münasibəti ilə paylaşım edib.


Əziz həmvətənlər!


Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatdı.


Dünya müsəlmanlarının əziz günü — mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

Azərbaycan xalqı ilk dəfə olaraq Ramazan Bayramın»BÖYÜK ZƏFƏR»in doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edir.


Vətəndaşlarımız builki Ramazan ayını ikiqat sevinc duyğuları ilə başa vurur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımız işğaldan azad olundu, tarixi Zəfərə imza atıldı. Xalqımız bu müqəddəs günlərdə bunun üçün Uca Yaradana şükrlər edir, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar!


Bu əziz gündə, biz, Uca Allaha dualar edir, işğaldan azad edilmiş tarixi yurd yerlərimizin İlham Əliyevin rəhbərliyi altında inkişaf edərək çiçəklənməsini arzulayırıq.


RAMAZAN BAYRAMINIZ MÜBARƏK!


Elnur Səlim

Bu xəbəri paylaşın: