Qara göl ətrafında bir qarış erməni torpağı, nə də bir damla suyu yoxdur

Azərbaycanlılar Qara gölə doğru irəliləyirlər və yerləşməyə çalışırlar.


Bunu Gorus bələdiyyəsinin sədr müavini Menua Hovsepyan deyib.


O əlavə edib ki, azəbaycanlılar Qara gölün üstündə görünür və özlərinə yer etməyə çalışırlar.


Bələdiyyə sədrinin müavini iddia edib ki, Qara gölün böyük hissəsi xəritəyə görə, onlara aiddir. Hovsepyan deyib ki, Qara göl ərazisində yerləşən süni su anbarından icma suvarma suyu kimi istifadə edir: “Xəritəyə görə, anbarın bəndi qarşı tərəfindir».


Amma Laçın rayonundan olan hər kəs yaxşı bilir ki. ermənilər ənənəvi üsulla dağlar gözəli olan Qara gölə addım-addım qeyri-qanuni olaraq yaxınlaşıblar. Əhalinin vaxtında etdiyi müraciətləri qulaq ardına verən erməni əsilli rəhbərlər sayəsində ermənilər gölün müəyyən hissəsini mənimsəmişdilər və bu gün Qara göl sahibinə qaytarılmalıdır.

Ermənilər Azərbaycan Ordusunun İşxanasar ərazisindən Qara gölə doğru 3 km irəliləməsinin detalları açıqlasalar da bu dediklərimizi yaxşı bilirlər.


Bununla bağlı Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru, hazırda Dirçələn Ermənistan Partiyasının sədri Vahe Akopyan erməni mediasına danışıb.


“Gecə 200-dən çox tam silahlanmış Azərbaycan əsgəri Kəlbəcər istiqamətindən yuxarı qalxaraq, Gorus tərəfdən Qara gölə gedən yolu kəsiblər. Mənim məlumatıma görə, bizim ordakı məntəqəmizi də mühasirəyə alıblar.


Səhər oyanıblar ki, dörd tərəfdə Azərbaycan əsgəridir. Onlar GPS üzrə hərəkət etdiklərini bildiriblər. Hazırda sözügedən əraziyə Rusiya sərhədçiləri (Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur – red.) gedib. Döyüş, atəç açılması barədə xəbərlər təsdiqlənmir, çox böyük ehtimalla, atışma-filan olmayıb. Hələlik vəziyyət belədir”, – Akopyan deyib.


“Orda məntəqə doğrudanmı mühasirədədir” sualına isə Akopyan dəqiq cavab verə bilməyəcəyini bildirib: “Hazırda orda ruslardır, danışıqlar gedir. Ora həmçinin vilayət rəhbərliyi də gedir”.


Akopyan həyasızcasına bildirib ki, Qara gölün 30 faizi Azərbaycanındır: “Ancaq indi bütün göl onların nəzarətinə keçib”.

Akopyan Gorusun su ehtiyatını əsasən Qara göldən götürdüyünü, gölün Azərbaycanın nəzarətinə keçəcəyi halda ciddi su qıtlığı yaranacağını da bildirib.


Qeyd edək ki, Qarabağın işğalda saxlanıldığı müddətdə Ermənistan tərəfdən dövlət sərhədimiz pozularaq, bir çox istiqamətlərdə 15 km-yə qədər müdaxilə edilib. Hazırda sərhədin dəqiqləşməsi gedir və Azərbaycan dəqiq xəritələrlə sərhədimizi bərpa etdikdə isə ermənilər “etiraza” qalxıb, yağmaladıqları torpaqların heç olmasa bir hissəsini hay-küy salmaqla saxlamağa nail olmağa çalışırlar. Qətiyyən ərazi güzəşti edilə bilməz. Hər qarış uğrunda sonadək dayanmalıyıq və düşmən tapdağında bir çınqılımız belə qalmamalıdır…

Erməni mənbələri yazdığına görə, Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhədində yerləşən İşıqlı Qaragöl (Sevliç) gölünün 30 faizi Azərbaycan Ordusuna təhvil verilib.

Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan bildirib ki, Azərbayan Ordusu sərhəddin Qızılcıq (İşxanasar) hissəsindən xeyli irəliləyib: «Gölün ərazisindən kilometrlərlə irəli gəldilər və dayandılar. GPS ilə gölün 30% -i Azərbaycana keçib», — İ.Yolyan qeyd edib.

Bir daha bildiririk ki, Qara göl və ətraf ərazilər Laçına məxsusdur.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: