FƏLƏSTİN DİRƏNİŞİNİ BİR XRİSTİAN ƏRƏB BAŞLADIB

Dünyadan xəbərsiz olan bəziləri Fələstin Qurtuluş Cəbhəsnin bir müsəlman hərakatı olduğunu düşünürlər. Əslində Fələstində İsrailə qarşı dirənişi başlayanlar xristian ərəblərdir və liderləri George Habaş adlı bir doktordur.


Başda Səudiyyə Ərəbistan və Misir olmaqla bütün ərəblər Fələstini çoxdan satmışlar.

Son Livan İsrail münaqişəsi zamanı Türk əsgəri İsraili qorumaq üçün KFOR-UNIFIL mandatıyla bölgəyə göndərilmişdir (2006-2013).


Bu gün verilən siyasi bəyanatlar əslində liderlərin reytinq məqsədi daşıdığı məsələnin görünən tərəfidir. Azərbaycanda da bəzi dindar kəsim fərqinə varmadan Fələstinin tərəfindən çıxışlar edir. Amma unudurlar ki, istər FAT lideri Yasir Ərafat, istərsə də indiki rəhbər Mahmud Abbas erməni separatizmini və Qarabağ işğalını «milli-azadlıq mübarizəsi» hesab ediblər. Azərbaycan-İsrail əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Qarabağın işğal faktını tanıyan İsrail, Xocalı soyqırımını ən mötəbər beynəlxalq kürsülərdən də səsləndiriblər.

Fələstin həmişə müsəlmanlara xəyanətiylə fərqlənib. İlk öncə Osmanlı dönəmində Fələstinlilərin Osmanlılara qarşı etdiyi xəyanəti xatırlayaq.


Osmanlının Fələstində 1917-1918-ci illərdə İngilislər qarşısında ağır məğlubiyyətə uğramasının əsas səbəbkarlarından biri Şərif Hüseynin üsyançı ərəb tayfa silahlılarıdır. Şərif Hüseyin minlərcə türk əsgərinin döyüş zamanı arxadan vurulmasında cavabdeh olan insandır. Özünü Məhəmməd Peyğəmbər (s.ə.s)-ın nəslindən olduğunu bildirirdi. O döyüşlərdə şəhid olan 50 mindən çox türk əsgərinin Qüdsdə, Qəzzada və digər yerlərdə toplu məzarlıqlarda uyuyurlar.

Azərbaycan Ordusunun texniki təhcizatının yaxşılaşdırılması sahəsində də uğurları gözardı etmək mümkün deyil. Öz milli mənafeyini unudub kor-təbii şəkildə ümmətbazlıq edənlərə daha bir xatırlatma edirik. Yaxın tariximizdə isə Fələstin Ermənistanın terror təşkilatlarına və Ermənistan dövlətinə də Azərbaycanda törədilən qırğınlarda bilavəsitə iştirak edib. Bunlara sübut olaraq Erməni terror təşkilatı olan ASALA-nın yaradıcılarının başda Akop Akopyan olmaqla terrorist fəaliyyətlərinin Fələstindən başlaması, “sionist”lərə nifrət etməsi, 1972-ci ildə Münhen olimpiya oyunları zamanı israilli idmançılara qarşı keçirilən terror hadisəsinin aparıcı siması olması, Fələstinin terrorizmi və Erməni terroristlərini dəstəkləməsi açıq aşkar özünü göstərir. Dövlət səviyyəsinə gəldikdə isə Fələstinin keçmiş lideri olmuş Yasir Ərəfatın Ermənilər haqqda “Ermənilər də Fələstinlilər kimi tarix boyu əzilmiş millət olublar” deməsi, Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşmağa xeyli canlı qüvvə göndərmələri Fələstin Dövlətinin müsəlman qardaşlığına kölgə salmağa kifayət edər. ASALA FAT işbirliyi Vekaa vadisində bu gün də birgə fəaliyyətdədirlər və Qarabağda öldürülən ərəb əsilli şəxslərin fələstinli olduğunu keçmiş döyüşçülər təsdiqləyə bilərlər.


Ona görə də biz dostların yanındayıq. Öncə olan isə vətəndir-Azərbaycan vətənimiz…

Fedai.az Araşdırma Qrupu (10 dekabr 2017-ci il)

P.S. Bu gün Yaxın Şərqdə baş verənləri diqqətlə izləməliyik. İlk baxışda görünən siyasi xətt Rusiya-İran-HAMAS xəttidir. Türkiyənin yüksələn xətlə gedən siyasi reytinqini və İsraillə yaxınlaşmasının hədəfə alınması görünməkdədir. Türkiyə və Azərbaycan proseslərdə neytral mövqe sərgiləməlidirlər. Çox güman ki, Türkiyənin Qafqaz siyasətinə qarşı düşünülmüş Rusiya-İran-HAMAS oyunu düzgün dəyərlənməlidir. Kor-koranə «müsəlman təəsübkeşliyi» sayəsində türk milləti daim uduzan tərəf olub və biz bu yanlışı təkrarlamamalıyıq. Faktiki olaraq hər iki qardaş ölkədə müəyyən erməni-PKK-rus əlaltıları Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcək informasiyalar və sosial şəbəkələrdə ermənilərə köpəklik edənlərin «təəssübkeşlik» pərdəsi altında pozuculuq işləri aparması göz önündədir və hər kəs bu soysuzlara qarşı mübarizə aparmalıdır…

Bu xəbəri paylaşın: