Qarabağdakı separatçı qurum martın 31-də qanunsuz olan «prezident və parlament seçkiləri» keçirib. Özü də bu seçkiləri «koronavirusun acığına» keçirdiklərini bəyan ediblər. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək «seçkiləri» tanımadıqlarını bildiriblər.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma «parlament və prezident seçkiləri»nin nəticəsindən narazı qalan ermənilər etiraza qalxıb.
Fedai.az xəbər verir ki, 200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq «seçki» saxtakarlığına etirazını bildirib.
Aksiya iştirakçıları qanunsuz «seçkilərin» nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, «polis rəisi» Levon Mnatsakanyan və «Təhlükəsizlik Şurasının katibi» Arşavir Qaramyanın istefasını tələb ediblər.
Narazı ermənilər «seçkilər»in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər. Belə çıxır ki, Qarabağda koronavirus yayılmayıb.
Новости-Армения. Yaranan vəziyyətə görə, «Artsax»ın tibb müəssisələrində koronavirus şübhəli xəstələr yoxdur.
«Nazirlikdən verilən məlumata görə, bu günə qədər Artsaxda koronavirus infeksiyası halları qeydə alınmayıb» -deyə məlumat yayıb.
Əgər pandemiya yayılıbsa, Qarabağ separatçıları və əhali niyə karantin elan etməyiblər? Yox əgər yayılmayıbsa bizim Qarabağ azərbaycanlılarının icmasına hansı ermənilər müraciət edib?
P.S. Hər halda erməni virusu koronavirusdan daha qorxunc olmasına görə, Paşinyan News.am tv-yə açıqlamasında deyir: «İya, Ay kişi koronavirus nə itdir ki, bizə toxuna!» Yəni «it itin ayağını tapdamaz».
AVMVİB Mətbuat Xidməti
