“İran rejimi Yaxın Şərqdə əsayiş üçün ən böyük təhdiddir”.
Bunu may ayının 11-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində “CENTCOM”-ın Baş Qərargah rəisi, general Frank Makkenzi bildirib.
General İran rejiminin birbaşa və ya yaraqlılar vasitəsilə genişmiqyaslı zərərli fəaliyyətini davam etdirdiyini söyləyib.
O, Tehran rejimi ilə bölgədəki silahlı qüvvələrin davamlı zərərli fəaliyyətlərinə baxmayaraq, Vaşinqtonun İranla savaş istəmədiyini vurğulayıb.
“CENTCOM”-un qərargah rəisi öz müsahibəsində Vyana danışıqlarından da söz açıb.
“Bizim istəyimiz iranlıların uluslararası birliyə məsuliyyət dərk edərək qayıtmasıdır. Diplomatik danışıqların pozulması İranın xeyrinə deyil”, — deyə Frank Makkenzi qeyd edib.
