Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın «Hraparak» nəşri məlumat yayıb.
Bildirilib ki, Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.
“A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq”, — deyə qeyd edilib.
Avdeev 1967-ci ildə Daşkənddə anadan olub. O, motoatıcı qoşunlarının generalıdır. Rusiya Federasiyasının «Vətənə xidmətlərinə görə», 3-cü və 4-cü dərəcəli, “Jukov”, «Hərbi xidmətlərinə görə», «Dostluq», “Suvorov” medalı və digər mükafatlar ilə təltif edilib. Rüstəm Muradov eyni zamanda Cənubi Hərbi Dairə komandirinin müavinidir.
Qeyd etmək lazımdır ki, sülhməramlı hərbi qrupun komandirləri 6 aydan bir dəyişdirilməlidir. Tərəflərin etirazı yoxdursa, komandirin xidmətinin müddəti uzadıla bilər.
Görünən odur ki, Rüstəm Muradovun: “Ermənistan hakimiyyəti xalqını aldadır” — açıqlamasından sonra ölkənin hərbi-siyasi rəhbərliyi onun əvəzlənməsi üçün əlindən gələni edib.
P.S. Yəni Rüstəm Muradovun «ermənidən çox erməni olmaq sevdası» öz başında çatlayıb. Yəqin ki, Araiki də özüylə aparacaq…
