AVMVİB Binəqədi rayon şöbəsi «Qaçqınkomun» əməkdaşını təltif etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektorunun məsləhətçisi Elsevər Nizami oğlu Əsgərov, müharibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən Fəxri Fərmanla təltif olunub.


Fəxri Fərmanı Elsevər Əsgərova AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov təqdim edib.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq, erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.


Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir.

Mərdan Ələsgərov bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi atıq Böyük qayıdış başlayıb. işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşlarına Böyük Qayıdış Komitəsinin işçiləri adı altında yaxından iştirak etməyi arzu edirəm.

Elnur Səlim

Bu xəbəri paylaşın: