Qara gölün azad edilməsinə ABŞ-dan və Fransadan biyabırçı münasibətlər

Qafqazda Zəngəzur və erməni probleminin yaradılmasında xüsusi rolu olan ABŞ, Qara göl ətrafında ermənilər tərəfindən qanunsuz olaraq, zəbt olunmuş ərazilərin boşaldılması, sərhədlərin demarkasiya prosesinə yenə özünəməxsus ədalətsiz bir şəkildə münasibət bildirib.

Beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazilərini işğal etmiş ermənilərin hay-küylərinə araşdırma aparmadan və diletantcasına münasibət bildirilməsi özünü super güc sayan bir dövlətə yaraşmayan hərəkətdir. Hadisəyə iki münasibəti diqqətinizə çatdırırıq:

ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

Bu barədə departamentin sözçüsü Ned Prays özünün «Twitter» hesabında yazıb.

«Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq» — deyə, N.Prays bildirib.

Respublikaçı konqresmen Frank Pallone isə Azərbaycanın »Ermənistana girdiyini» iddia edib.

Rep. Frank Pallone (@FrankPallone): «Azərbaycan indi beynəlxalq hüququ açıq şəkildə pozaraq Ermənistana daxil olub. ABŞ bu hücumu birmənalı şəkildə pisləməli və Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasına nail olmaq üçün müttəfiqlərə təsirindən istifadə etməlidir.»

Makron az öncə rəsmi Facebook səhifəsində erməni dilində paylaşım edib:

«Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisini işğal edib.Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm ,Fransa həmrəylikdir və belə də qalacaq».

Makronun ermənicə paylaşımı:

Bu xəbəri paylaşın: