Türkiyə öz sülhməramlılarını beynəlxalq hərbi kontingentin tərkibində Şərqi Qüdsə göndərə bilər. Lakin hələ ki, bu barədə parlamentə müvafiq sorğu daxil olmayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Əhməd Berat Çonkar bildirib.
O qeyd edib ki, hazırda məsələ ilə bağlı İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərlə danışıqlar aparılır.
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib: «İsrail Fələstinlə danışıqlarda güzəştə getməyə hazırdır»…
O bildirib ki, dialoq konfliktin yeganə həll yoludur.
Bu xəbəri paylaşın:
